banner2
Şəkillər
 
 

Əziz oxucular!

Sizi 2 nömrəli Bakı Baza Tibb Kollecinin tarixi və bugünkü nailiyyətləri ilə tanış edəcəyik.

2 nömrəli Bakı Baza Tibb Kolleci 1975-ci ilin yanvar ayında Ulu Öndər Heydər Əliyevin şəxsən iştirakı ilə açılmış və fəaliyyətə başlamışdır. Kollec dövlət statuslu təhsil müəssisəsidir. Orta ixtisas təhsilli mütəxəssislər hazırlayır. Fəaliyyət göstərdiyi müddətdə Respublikamızın səhiyyə müəssisələri üçün on minlərlə orta tibb işçisi hazırlayan BBTK-də həmçinin orta tibb işçisi və əczaçı ixtisas təhsilli tibb işçilərinin ixtisaslaşdırma və təkmilləşdirmə kurslarıda fəaliyyət göstərir.

2 Nömrəli BBTK-də təcrübəli və savadlı müəllim heyəti çalışır. Müəllimlərimiz arasında elmlər namizədləri, əməkdar müəllimlər calişır. Kollecin yetişdirdikləri məzunlar yalnız ölkəmizdə deyil, həmçinin bir çox xarici ölkələrdə müxtəlif tibb sahələrində çalışırlar. Biz onların uğurları ilə fəxr edirik!

Tibb sahəsinə marağı olan, tibb işçisi kimi şərəfli peşəyə yiyələnmək istəyən və bu amalla kollecimizə daxil olub, burada təhsil almaq istəyən hər bir gəncə müvəffəqiyyətlər diləyirəm.

2 Nömrəli BBTK-nin direktoru
Tibb Elmləri Namizədi
Məmmədəliyeva Dilarə Əli qızı

 

Bizim, sizin, hamımızın vəzifəsi müstəqil Azərbaycanın sağlam gəncliyini tərbiyə etmək, yetişdirməkdir.

Heydər Əliyev
Həyat çırağı

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

 
 
 
©2013 AZƏRBAYCAN RESPUBLİKASI SƏHİYYƏ NAZİRLİYİ 2 NÖMRƏLİ BAKI BAZA TİBB KOLLECİ bütün huquqları qorunur.